SİZİN REKLAM BURADA!
055 213 76 73



Şamaxıda ölümlə nəticələnən dəhşətli qəza baş verib. Hadisə bu gün saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 46 yaşlı Elman Cəbiyev, onun 18 yaşlı qızı Nigar Hüseynova və Ağsu rayonu Kəndoba kənd sakini,41 yaşlı Teymur Soltiyev ölüb.

Bakı sakini, 44 yaşlı Gülnarə Hüseynova, Ağsu rayon sakinləri – 52 yaşlı İlqar İbrahimov, 44 yaşlı Elşən Babayev və 39 yaşlı Cavid Babayev ağır bədən xəsarətləri alaraq Şamaxı MRX-na yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS