VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dünən axşam saat 21 radələrində Bakı Metropoliteninin "Koroğlu” stansiyasında polis işçiləri ilə sərnişinlər arasında qarşıdurma yaranıb.

BAKU.WS-in Publika.az-a istinadla verdiyi məlumata görə, stansiyaya daxil olan iki gənc əvvəlcə polislə mübahisə edib. Lakin mübahisə sonra ciddi qarşıdurma halını alıb.

Polisə müqavimət göstərən iki gəncin mübahisəsinə sərnişinlər də qoşulub. Stansiyaya daxil olan iki polis işçisi onları sakitləşdirib. Lakin buna baxmayaraq, tərəflər arasındakı mübahisə 10 dəqiqəyə qədər çəkib. Asayiş keşikçilərinə tabe olmayan gənclər isə polis otağına aparılıb.

Sərnişinlərin saytın əməkdaşına verdiyi məlumata görə, mübahisə gediş kartı üstündə yaranıb.
 
BAKU.WS