055 213 76 73
Livanda polis əməkdaşları Səudiyyə Ərəbistanının şahzadəsini saxlayıblar.
BAKU.WS-in məlumatına görə, paytaxt Beyrutda hava limanında Abdül Muhsin Bin Vəlid Bin Abdülaziz ələ keçirilib. Polis şahzadəyə məxsus yükdən 2 ton narkotik maddə aşkarlayıb.
Livan polisi şahzadə ilə birlikdə 4 nəfəri də saxlayıb. Saxlanılan ərəblərə məxsus 40 bağlamadan tapılan narkotik maddələr müsadirə olunub.
Ziya Səccad
BAKU.WS