SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Daxili işlər naziri Ramil Usubovun əmriylə Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad edilərək, sərəncama götürülüb. 


BAKU.WS
-in aznews.az saytına istinadən verdiyi məlumata görə, Elşad Məmmədov millət vəkili, nazirlə yaxın münasibətləri ilə seçilən Elman Məmmədovun oğludur. O, 1993-cü ildən başlayaraq yol polisində çalışır.

Qeyd edək ki, bir müddət əvvəl Yasamal rayon Yol Polisi Şöbəsində ciddi qanun pozuntularıyla bağlı məlumat yayımlamışdı.

Elman Məmmədov xəbəri təsdiqləyib. O, açıqlamasında deyib ki, oğlu işdən öz ərizəsi ilə çıxıb: "Oğlum öz ərizəsi ilə işdən çıxıb. Hazırda sərəncama götürülüb. Ola bilsin ki, yaxın vaxtlarda yeni işlə təmin olunsun".

BAKU.WS