İsmayıllıda qəza baş verib, 2 nəfər ölüb.

BAKU.WS
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 180-ci kilometrliyində, İsmayıllı rayonu, Gəraybəyli kəndində yanğınla nəticələnən yol-qəza hadisəsi baş vermişdir. Nəticədə "Mercedes” markalı minik avtomobili tamamilə yanıb.

Qəza nəticəsində avtomobilin sürücüsü 1948-ci il təvəllüdlü Vaqif Tofiq oğlu İsmayılov və övladı və 1976-cı il təvəllüdlü Məhəmməd Vaqif oğlu İsmayılov aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat etmişlər.

Digər sərnişin isə müxtəlif bədən xəsarətləri almışdır. V.İsmayılov və M.İsmayılovun cəsədləri, həmçinin xəsarət alan vətəndaş yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Yanğın və xilasetmə işləri saat 19:40-da yanğınsöndürən-xilasedicilər tərəfindən başa çatmışdır.

Ziya Səccad

BAKU.WS