Abxaziyada atıışma nəticəsində ağır yaralanan "Rəşad Gəncinski" ləqəbli tanınmış "qanuni oğru" Rəşad İsmayılovla bağlı yeni xəbər var.

BAKU.WSxəbər verir ki, lent.az-ın əməkdaşının Abxaziyadakı həmkarlarımızdan aldığı məlumata görə, "Rəşad Gəncinski" Qudauti şəhərindən Suxumiyə gətirilib.

“O, hazırda Suxumi şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır. Qudautidəki restoranda baş vermiş dava və atışma nəticəsində Rəşad güllə yarası alıb, bir neçə qabırğası sındırılıb, daxili orqanları zədələnib. Bu gün onu növbəti dəfə əməliyyat edəcəklər. Rəşad İsmayılov xəstəxanada ciddi nəzarət altındadır. Onunla bir yerdə olan "qanuni oğru" Ruslan Stavropolskidən isə xəbər yoxdur” - deyə məlumatda bildirilib.

BAKU.WS