Bakı-Şamaxı-Yevlax yolunda çatlar əmələ gəlib, yolun bir hissəsi çöküb.

BAKU.WS Xəzər Tv-yə istinadən məlumat verir ki, ötən axşam yolun Şamaxıdan keçən hissəsində çökmə baş verib.

Yol çiyinlərindəki su ötürücülər uçub, çatlar yaranıb. Sürüşmə miqyasca böyük olduğundan sürücülər yolun bir zolağından istfadə etmək məcburiyyətində qalıblar.

Bu gün səhər saatlarından etibarən yolun bərpasına başlanılıb. Yola asfalt döşənib, texnikalar vasitəsi ilə yolun kənarındakı torpaq yığını təmizlənib.

BAKU.WS