Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in məlumatına görə, "Report"un
Cənub bürosu xəbər verir ki, baş vermişağır yol-nəqliyyat hadisəsi zamanı
1-i azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb, daha 2 nəfər ölüb.
Məlumata görə, iribuynuzlu heyvan yolda
hərəkətdə olan 90-UE-171dövlət seriyalı nişanlı, "VAZ-2107"
markalı avtomobilin yoluna çıxıb. Avtomobilin sürücüsü bu zamannəqliyyat
vasitəsinin hərəkət istiqamətini dəyişərəkqarşıdan gələn, Astara rayon
Sərək kənd sakini, Süleymanov Rüstəm Tarif oğlunun idarə etdiyi 90-LE-868
dövlət seriya nişanlı,"Mercedes" markalı
avtomobilinyoluna çıxıb. Nəticədə avtomobillər toqquşub.
Hadisə zamanı "VAZ-2107"
markalı avtomobilin sürücüsü və nəqliyyat vasitəsindəki daha bir sərnişin
aldıqları xəsarətdən qəza yerindəölüblər. Qəza zamanı
"Mercedes"in sürücüsüSüleymanov Rüstəm Tarif oğlu, 1986-cı il
təvəllüdlü Sumqayıt şəhər sakiniHüseynova Solmaz Malik qızı, 1984-cü il
təvəllüdlüSumqayıt şəhər sakiniMikayılovaİradə, Lənkəran
sakiniƏlizadə Elmədddin Cabbar oğlu xəsarət alıblar. Yaralılar Lənkəran
Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, qəza zamanı şəxsiyyəti
hələlik müəyyənləşdirilməyəndaha bir şəxs ağır xəsarət alaraq xəstəxananın
reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS