SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı metrosunda qatarların birində nasazlıq olub.

Metropoliten rəsmisi Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, 7 saylı marşrutun qapısında nasazlıq yaşanıb. Təlimatçı qapıya baxış keçirdikdən sonra problem həll olunub.

Metro rəsmisi onu da əlavə edib ki, nasazlıq vaqonun qapısında yaranıb. Qapı açıq qalıb. Qatar da tunelda dayanıb və təliamatçı nasazlığı aradan qaldırıb.

"Əgər şəklin üst tərəfinə fikir versəniz görərsiz ki, orda lyuk var, onu açıb və düzəldib. Amma yenə deyirəm, qapı açıq vəziyyətdə qatarın hərəkət etməsi qeyri-mümkündür”, - deyə Nəsimi Paşayev bildirib.

BAKU.WS