Bu gün səhər saatlarında Heydər Əliyev prospektində iki minik avtomobilinin toqquşması nəticəsində tıxac yaranıb.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.

Hadisə ilə əlaqədar prospektin metronun "Koroğlu” stansiyasından paytaxtın mərkəzi istiqamətində əsas və köməkçi yolunda tıxac yaranıb.

Hadisə baş verən andan etibarən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər iki yolda sürət həddi 60 km/saata endirilib.

Qəzanın fəsadları aradan qaldırıldıqdan sonra prospektdə sürət həddi əvvəlki səviyyəyə qaytarılıb. Hazırda isə sürət həddi əvvəlki səviyyəyə, yəni 90 km/saata qaytarılıb. 
 
BAKU.WS