SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tanınmış aparıcı, səyyah Azər Qəribin oğlu Şaiqin direktor olduğu şirkət qarət olunub. 

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə iyulun 22-də, gecə saatlarında baş verib.

Oğrular Bakının Xətai rayonu ərazisində yerləşən TNT şirkətinin (Avropa şirkətidir) pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olublar və seyfi yarıblar.

Oğrular müşahidə kameralarının görüntülərinı toplayan cihazı aparmaq istəyiblər, lakin əvəzində onun yerinə ups deyilən stabilizatoru götürüblər.

Oğurluq faktı Xətai rayon Polis İdarəsinin 37-ci bölməsi tərəfindən araşdırılır. 

TNT şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şaiq Qəribzadə Oxu.Az-a açıqlamasında qarətçilərin yalnız pul apardıqlarını bildirdi: "Mən indi xaricdəyəm. Polis araşdırma aparır. Mənə deyilənə görə, şirkətin əmlakına toxunmayıblar, maraqları yalnız pul olub”. 
 
BAKU.WS