SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda oyun salonunu yarıblar. Hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.

BAKU.WS Region Tv-yə istinadən xəbər verir ki, Dağlılar məhəlləsində yerləşən, Nigar Köksala məxsus oyun salonuna oğrular açarseçmə yolu ilə daxil olublar.

Zərərçəkənin sözlərinə görə, gecə anası obyektin qapısını açarla bağlayaraq evə gedib. Sabah isə salonun qapısının açıq olduğunu görüblər.

Qadın hadisə ilə bağlı 41-ci polis bölməsinə məlumat verib. Oğrular oyun salonunun yanındakı fərdi yaşayış evinin təhlükəsizlik kamerasına düşüblər. Bu da polisin işini asanlaşdıracaq.
 
BAKU.WS