VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Üç masaj salonun sahibi jurnalistin onlardan şantajla pul alması barədə hüquq-mühafizə orqanlarına şikayət edib.


BAKU.WS
-in Qafqazinfo saytına istinadən verdiyi məlumata görə, Xəqani küçəsində yerləşən "Avka” masaj salonunun sahibi 1970-ci il təvəllüdlü Baxşəli Qəhrəmanov, Səməd Vurğun küçəsində yerləşən "Hils” masaj salonunun sahibi 1980-ci il təvəllüdlü Şirin Abdullayev və GH.Əliyev küçəsində yerləşən "Atilla” masaj salonun sahibi 1984-cü il təvəllüdlü Ceyhun Babayev polisə şikayət edib.

Onlar bildiriblər ki, İnfoplyustv.az saytının baş redaktoru, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Cəlal Məmmədov öz saytında və digər saytlarda masaj salonları haqda rüsvay edici materiallar yayacağı ilə hədələyib. Bunu etməmək üçün isə onları şantaj edərək hər birindən 200 manat pul alıb.

Şikayət əsasında C.Məmmədov rayon prokurorluğuna dəvət edilərək ifadəsi alınıb və sərbəst buraxılıb.
C.Məmmədov "Qafqazinfo”ya açıqlamasında həmin şəxslərdən pul almadığını deyib: "Mən o masaj salonlarının fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişəm. Bütün bunları da telefonumda "zapis” edib saxlamışam. Mənim şərəf və ləyaqətim alçaldılıb. Bununla bağlı ölkə rəhbərliyinə də müraciət edəcəyəm”.


Səbail rayon prokurorluğunda məsələ ilə bağlı araşdırma aparılır.

BAKU.WS