SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda xanım iş adamının obyektinə növbəti dəfə basqın edilib. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində Turanə Qasımovaya məxsus ərzaq mağazası bu gecə 3-cü dəfə qarət olunub.

 

BAKU.WS-in məlumatına görə, zərərçəkmiş xanım Criminal.az-a bildirdi ki, oğruların gecə mağazanın qapısını sındırması, içəridə olan ərzaq və siqaretlərin torbaya yığımasını özü görüb: ''Əllərində armatur parçası ilə qapını sındırdılar. Tez Daxili İşlər Nazirliyinin 102 xidmətinə, sahə müvəkkilinə zəng etdim. Onlar yarım saata gələnə kimi oğrular qaçıb getdi. Mağazadan ərzaq və kassadan pul aparıblar''.

T.Qasımova qeyd etdi ki, artıq mağazası 3-cü dəfədir qarət olunur.  Hətta oğruların mağazanın kamerasına düşən görüntülərini polisə təqdim etsə də, iş hələ də bağlıdır.  Zərərçəkmiş əlavə etdi ki, bu dəfə də oğrular kameraya düşüb. Həmin kameranı da polisə təqdim edəcək.

Həmin ərazinin Şahin adlı sahə müvəkkili açıqlamasında bildirdi ki, hazırda oğruların müəyyən edilib tutulması istiqamətində iş aparılır. Gecə baş verən hadiənin video görüntülərinə baxandan sonra şübhəli şəxsləri müəyyən ediləcək.

BAKU.WS