SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xətai rayonu, Babək prospektində yerləşən "maşın bazarı”nda yerləşən mağazaların birində oğurluq edilib. Hadisə nəticəsində sahibkara 300 manat dəyərində maddi zərər dəyib.
 
Bu barədə zərərçəkmiş özü "Bizim Yol”-a məlumat verib. Zərərçəkmiş sahibkar Elcan Musayev bildirir ki, 28.10.2016-ci il tarixində olan oğuluq faktı ilə bağlı polisə müraciət edib: "Oğurluq edən şəxsin əməlləri mağazanın müşahidə kamerasına düşüb. O satıcının başını qataraq avtomobil ehtiyyat hissələrini oğurlayıb. Həmin videogörüntünü polisə təqdim etdim”.

Zərərçəkmiş deyir ki, onun müraciəti Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırılacaq.
 
BAKU.WS