3 min kq-dan artıq narkotik vasitə məhv edildi - FOTO
30
avq
2019
18:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS bölgə muxbirinə verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Qarayazı qəsəbəsi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 3150 kiloqram olan, hər birinin hündürlüyü 160-220 sm olan 4500 ədəd narkotik xassəli çətənə kolları aşkar olunub.Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Həyətində çətənə əkmişdi – Polis xəbər tutdu
Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilə...