VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Oktyabrın 17-də prezident sərəncamı ilə milli təhlükəsizlik naziri postundan azad olunan Eldar Mahmudovun 1-ci müavini, general-leytenant Hilal Əsədovun evlərində axtarış aparılıb.

BAKU.WS
-in məlumatına görə, bu barədə musavat.com-a məlumatlı mənbə bilgi verib.

Bildirilir ki, adətən 2 mülki geyimli şəxsin müşayiət etdiyi H.Əsədov bu dəfə Bakının mərkəzindəki mənzilinə 10-a yaxın şəxslə gəlib. 28 May küçəsi, ev 18 ünvanında aparılan axtarışdan sonra H.Əsədov həmin şəxslərin əhatəsində naməlum istiqamətə aparılıb. Axtarış zamanı mənzildən sənədlər götürülüb. Yada salaq ki, oktyabrın 17-də Baş Prokurorluğun və Baş Dövlət Xüsusi Mühafizə İdarəsinin əməkdaşları MTN-də xüsusi əməliyyat keçirib. Həmin gün prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılıb. Xüsusi əməliyyat zamanı MTN-in əksər rəhbər şəxləri nəzarətə götürülüb, 12 rəhbər şəxs – Hilal Əsədov, Akif Çovdarov, İlqar Əliyev, Natəvan Mirvətova və digəriləri həbs olunublar.

Qeyd edək ki, "MTN işi” ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Ziya Səccad

BAKU.WS