Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir - Təsdiqləndi
Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"i təsdiq edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, Azərbaycan vətəndaşları 90 gün İordaniyada vizasız qala biləcəklər.
2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur
Sosial şəbəkə platformalarının Azərbaycanda məsuliyyətini müəyyən edən qanun hazırlanmalıdır. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu deputat Hikmət Məm...