Bakı sakininin Bülbülə qəsəbəsində yaşadığı evdən silah-sursat götürülüb.
BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Namiq Babayevin Bülbülə qəsəbəsində yaşadığı evə baxış zamanı nömrəsi pozulmuş "AK-74” silahı, 240 ədəd avtomat patronu və 20 ədəd patron darağı aşkar edilərək götürülüb.
Araşdırma davam etdirilir.
BAKU.WS