29 yaşlı şəxs zəhərlənərək ölüb

29 yaşlı şəxs zəhərlənərək ölüb
Hadisə 857

Bakıda ölüm hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Rayon sakini, 1990-cı il təvəllüdlü Hacıyev Vüqar İlqar oğlu gecə saatlarında yaşadığı ünvanda vəfat edib.

V.Haciyevin meyitinin müayinəsi zamanı onun zəhərlənmədən öldüyü məlum olub.

Yaxınlarının dediklərinə görə, V. Hacıyev dünən toyda olub və orada zəhərləndiyini istisna etmirlər.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər