12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

  

Lənkəranda qətl hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, 13 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, Lerik rayon Mastail kənd sakini, 1964-cü il təvəllüdlü İsmayılova Almagül Əlixan qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, 1937-ci il təvəllüdlü Əzimov Xanoğlan Əlican oğlu tərəfindən balta ilə qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.

Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Qeyd edək ki, A.İsmayılova X.Əzimovun dördüncü arvadı olub. Belə ki, X.Əzimovun bundan əvvəlki arvadlarından biri vəfat edib, ikisi isə boşanıb.
 
BAKU.WS
[xfgiven_instagram3]
VİDEO
[/xfgiven_instagram3]