5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

 
Rusiyada yaşayan azərbaycanlı oğlan erməni sevgilisini qətlə yetirib.

BAKU.WS-in "Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, şərti adı Anna olaraq göstərilən erməni qız Rusiya Tibb Universitetinin tələbəsi olub, azərbaycanlı Edik isə Hərbi Universitetin 3-cü kursunda təhsil alıb.
 
Gənclər bir müddət görüşsələr də, Anna sonradan ayrılmaq qərarına gəlib. Lakin uzun müddət qızı təqib edən Edikin növbəti dəfə rədd edildikdən sonra keçmiş sevgilisini təhdid etdiyi deyilir. Annanın ailəsi polisə yazılı müraciət etsələr də, Ediki tutmaq üçün heç bir əsas olmadığı bildirilib.

Oktyabrın 12-si metrodan çıxıb evə gedərkən Edik qızın qarın nahiyəsinə mətbəx bıçağı ilə zərbələr endirib və Anna hadisə yerində dünyasını dəyişib. 
 
BAKU.WS