VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ağdamda məktəb binasına bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, Ağdam rayon Polis Şöbəsindən "Report"un Qarabağ bürosuna verilən məlumata görə, naməlum şəxs Ağdam rayonun Quzanlı qəsəbəsində yerləşən 18 saylı məktəb binasına bomba qoyulması və bir necə dəqiqədən sonra partlayacağı barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttində məlumat verib.

Zəng edən şəxs iddia edib ki, məktəbə bombanı dövlət nömrə nişanı olmayan qara rəngli avtomobildən düşən 3 nəfər qoyub.

Dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Ağdam rayon sakini, hazırda Bərdə rayonunda müvvəqəti məskunlaşan 44 yaşlı Aslanov Elburus Teymur oğlu olması müəyyən edilib.

Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elburus Aslanov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb. 
 
BAKU.WS