SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Yasamal rayonu Mətbuat prospektində "Ovçular evi"nə məxsus binanın arxasında olan yaşıllıq massivi tamamilə məhv edilib.
 
BAKU.WS xəbər verir ki, prezident İlham Əliyevin göstərişinə əsasən tikinti dayandırılsa da sözügedən ərazidə demək olar ki, yaşıllıqdan əsər əlamət qalmayıb. Buradakı yaşıllıq "Ovçular evi"nin söküntüsünü həyata keçirən tikinti şirkəti tərəfindən məhv edilib. Belə ki, binanın arxasında olan çoxlu sayda ağac ekskavatorlarla məhv edilib. Sankı bu ərazidə heç vaxt ağac olmamış kimi "şumlanaraq" səliqəyə salınıb. Ətrafda yaşayan sakinlərin szölərinə görə, ağaclar bir neçə saatın içində tamamilə məhv edilərək gövdələri ərazidən aparılıb.
 
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb.
 
Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsi olub.
 
Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.
 
Qeyd edək ki, 2014-cü ildə "Azərovçu” kimi tanınan "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin fəaliyyəti ilə bağlı ziddiyyətli xəbərlər gündəmə çıxırdı. Cəmiyyətə məxsus "Ovçular evi” binasının sökülərək yerində böyük biznes mərkəzinin tikiləcəyinə dair xəbərlər yayılmışdı. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Azərovçu” tərəfindən saysız-hesabsız qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən hələ 2006-cı ildə ETSN ilə "Azərovçu” arasında ovçuluq təsərrüfatlarının idarə olunmasına dair bağlanmış müqavilələr ləğv edilib. Bütün ovçuluq təsərrüfatları Nazirliyin balansına keçib.
 
Aynur Ələkbərova
BAKU.WS