SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tanınmış şairə Səadət Butaya ağır itki üz verib.

Publika.az xəbər verir ki, bu barədə şairə Pərvanə Zəngəzurlu sosial şəbəkədə yazıb.

Şairənin oğlu Məhəmməd qəflətən dünyasını dəyişib. Şairin 47 yaşlı oğlunun intihar etdiyi məlum olub. Binəqədi rayonu, Biləcəri qəsəbə sakini 47 yaşlı Məmməd Abdullayev yaşadığı evdə özünü asıb. Onun intiharının səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şairə Nazilə Səfərli bildirib ki, S.Butanın oğlu öz əcəli ilə ölməyib, intihar edib: "Səadət xanım Telli Borçalının anasının yasına gedəndə yolda zəng edib hadisəni deyiblər. Bizim üçün də çox dəhşətli xəbər oldu. Çox tərbiyəli, hörmət saxlayan oğlan idi. Axı nədən intihar edən bilər?"
 
Allah rəhmət etsin!
 
BAKU.WS

Şair Səadət Butaya