VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Fövqəladə Hallar Nazirliyi Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
 
BAKU.WS-in nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində yük qatarı ilə "QAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
 
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilindən sürücü, 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlunun və sərnişin, 1969-cu il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlunun cəsədlərini çıxarıblar.
 
Meyitlər aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 04:55-də başa çatıb.
 
BAKU.WS