25 il həkim işləyən şəxs 400 manat rüşvətə görə həbs olundu: Xəstələrə siqaret alınırdı

25 il həkim işləyən şəxs 400 manat rüşvətə görə həbs olundu: Xəstələrə siqaret alınırdı
Video
Hadisə 541

Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidov külli miqdarda rüşvət almaqda təqsirli bilinərək məhkəmə qarşısına çıxarılıb.

BAKU.WS xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, o, 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına görə, H.Seyidov tibbi sənədlərdən çıxarışları xəstələrə müalicə etmədən vermək üçün rüşvət alıb. Onun qanunsuz fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində ifşa olunub və o, saxlanılıb.

Sabiq şöbə müdirinə Cinayət Məcəlləsinin bir neçə maddəsi - 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, məhkəmə zamanı Hüseyn Seyidovun vəkili bildirib ki, həkim xəstələrin bəzi ehtiyaclarını ödəyib. Xəstələrin siqareti olmayanda məhz həkimlər tərəfindən bu qarşılanıb.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş şikayətə baxılıb və H.Seyidovun cəza müddətinin dəyişdirilməsi ilə bağlı müraciəti təmin edilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb

Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb

Qusar rayonunda kəsici alətlə ictimai qaydanı pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin regional qrupunda...

39 Hadisə 22:00 12 sentyabr 2026

Son xəbərlər