SİZİN REKLAM BURADA!
055 213 76 73



"İçerde" serialı polislər üçün bir neçə faktı ortaya çıxarıb.

Axşam.az-ın Türkiyə məlumatına görə, iki polis serialdakı bir səhnədə oğurlanmış tarixi əsərləri görərək işə keçib. Onlar Çetin Tekindorun canlandırdığı "Celal baba" obrazının məkanının qarşısındakı əşyaların tarixi ola biləcəyindən şübhələniblər.

Dünən serialın çəkilişləri zamanı keçirilən əməliyyatda oradakı amforanın (iki qulplu antik qab) oğurluq tarixi əşya olduğu ortaya çıxıb. Digər əşyalar isə tapılmayıb. Müzeyə aparılan amforanın min illik tarixi olduğu deyilib.
 
BAKU.WS