Azərbaycanda dollar yeni tarixi rekord vurdu (RƏSMİ KURS)
17
noy
2016
17:08
Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 18-ə olan USD/AZN məzənnəni açıqlayıb.
AMB-dən verilən məlumata görə, USD/AZN məzənnəsi noyabrın 18-də 1,7091 manat səviyyəsində müəyyən olunub. Bu isə məzənnənin 0,31% bahalaşması deməkdir.
Qeyd edək ki, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimumdur. Belə ki, bundan öncə dolların məzənnəsində yeni tarixi rekord noyabrın 16-da olub. Bu zaman USD/AZN məzənnəsi 1,7039 olub.
Xatırladaq ki, Mərkəzi Bankın müəyyən etdiyi marjaya əsasən banklar dolları 1.77.74-dən baha satmamalıdırlar.
Azər Məmmədov
BAKU.WS
Oxşar xəbərlər
Dolların bu səhərə olan kursu
Noyabrın 17-nə manatın məzənnəsi açıqlanıb. Azərbaycan Mərkəzi Bankından BAKU.WS-ə verilən məlumata görə, 17.11.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7...