SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Xırdalandakı faciədə ölən 17 yaşlı Turanənin fotoları yayılıb. 
 
Faciədə 2-si tələbə olmaqla 5 xanım dünyasını dəyişdi. Dünyasını dəyişənlərdən biri əslən Balakəndən olan Turanə Xanlayevadır. Turanə İqtisadiyyat və Humanitar kollecin yaxşı oxuyan tələbələrindən olub.

Faciə zamanı dünyasını dəyişən Turanə Xanlayevanın fotolarını təqdim edirik.
 
Qeyd edək ki, Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub. APA-nın əldə etdiyi məlumata görə, onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızıdır.
  
Mələk Abbasova və Turanə  Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir. Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar. Faktla bağlı araşdırmalar davam etdirilir. 
 
Azxeber.com
BAKU.WS