SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Tovuz rayonunda zəhərlənmə hadisəsi olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Qovlar şəhərinin sakini, 17 yaşlı Ülviyyə Mübarizqızı sirkə turşusu zəhərlənməsi əlaməti ilə Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, yenicə ailə quran Ü.Mübarizqızı ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünə qəsd edib.

Faktla bağlı araşdırma aparılır. 
 
BAKU.WS