Bu gün Bakının Heydər Əliyev prospektində ciddi qayda pozuntusu qeydə alınıb. 

BAKU.WS-in məlumatına görə, hadisə Aviasiya Akademiyasının qarşısında baş verib. Sürət həddi 120 km/saat olan yolda qəfildən maşınların qarşısına əks istiqamətdə hərəkət edən ZİL markalı yük maşını çıxıb. Soldan ikinci zolaqla hərəkət edən avtomobil magistralda ciddi təhlükə törədib. 
 
Qeyd edək ki, ötən gün Bakı-Sumqayıt yolunda ZİL markakllı yük maşınının xarab olub qalmasına görə, dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Yük maşınına çırpılan mikroavtobusda 5 nəfər dünyasını dəyişib, 20-yə yaxın sərnişin yaralanıb. 

Elmar Ələkbərov adlı oxucumuzun BAKU.WS-ə göndərdiyi videonu təqdim edirik:
 
BAKU.WS