VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 

 

UEFA Avropa Liqasında çıxış edən "Qəbələ” ötən gün III təsnifat mərhələsinin cavab oyununda azarkeşlərlə polis əməkdaşları arasında qarşıdurma baş verib.

 
BAKU.WS-in məlumatına görə, insident "Bakcell Arena" stadionunda baş tutan "Qəbələ" - "Apollon” (Kipr) matçından sonra yaranıb. Polis və azarkeşlər arasında baş verən xoşagəlməz hadisənin dəqiq səbəbləri bilinmir.
 
Ancaq güman edilir ki, matçdan sonra "Qəbələ” fan-klubunun nümayəndələri ilə polis arasında münaqişə yaranıb.
 
Xatırladaq ki, ötən həftə Larnakada baş tutan ilk qarşılaşmada 1:1 hesablı heç-heçəyə nail olan "Qəbələ” dünən baş tutan matçda minimal hesablı qələbə ilə adını  pley-off mərhələsinə yazdıran tərəf olub.