VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xəzər rayonu Binə qəsəbəsində gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib.

ARB TV xəbər verir ki, 26 yaşlı İlahə Ağayeva nişanlısına üzüyü geri qaytarmaq istəyi barədə xəbər göndərib.

Buna 31 yaşlı Nəcəf Məcidovun tüfeyli həyat keçirməsinin səbəb olduğunu bildirib. İlahə Ağayeva ilə görüşmək istəyən Nəcəf buna nail olmadıqda onların evinə gəlib, nişanlısını və ona mane olmaq istəyən bacısı 20 yaşlı Rəhimə Ağayevanı bıçaqlayıb. Nəticədə İlahə hadisə yerində ölüb, Rəhimə isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Mərhumun xalası: "Uşaq gördü ki, bunda nəsə çatmıyan bir şey var. Anasına dedi ki, nə qədər sakitlikdi, qaytar məni, orda ölümümü görəcəksən. Anası da dedi ki, öz razılığınla qaytarmaq istəyirsənsə qaytaraq. Gəlib gecəynən ana işdə, 2 uşaq evin içində, açıb qapını girib içəri".

Hadisəni törədən Məcidov saxlanılıb.
 
BAKU.WS