SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri İŞİD terror təşkilatının bazalarına zərbələr endirməyə davam edir.
 
BAKU.WS-in Rusiya Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, 25 hərbi təyyarə (Su-34, Su-24m, Su-25) İŞİD-in 9 bazasına zərbələr endirib. Su-24 bombardmançılarıyla terrorçuların Homsun Er-Rastan bölgəsindəki obyektləri tamamilə məhv edilib. 

Bununla yanaşı, terrorçuların iki döyüş sursatı anbarı da dağıdılıb. Anbarlara endirilən zərbə nəticəsində yanğın baş verib, döyüş sursatları partlayıb. Nəticədə bu, obyektlərin məhv edilməsinə gətirib çıxarıb.

Pilotsuz uçan aparatlar vasitəsi ilə İŞİD döyüşçülərinin artilleriyasının mövqeyi aşkar edilib. Həmin bölgəyə endirilən zərbələr nəticəsində üç artilleriya topu və anbarı məhv edilib. Həmçinin hava zərbələri zamanı 30-dan çox avtomobil və zirehli texnika, vaxtı ilə Suriya ordusuna məxsus olmuş T-55 tankları partladılıb. 
 
ŞAHİN Həbibov
BAKU.WS