Bakının Qaraçuxur qəsəbə sakini polisə mürəciət edərək qrup halında zorlamaya məruz qaldığını bildirib.

BAKU.WS-in verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsindən virtualaz.org saytına bildirilib ki, Qaraçuxur qəsəbəsinin sakini olan 22 yaşlı qız polisə ərizəsində göstərib ki, Samir və Pərviz adlı iki gənc oğlan oktyabrın 2-də onu Buzovna qəsəbəsində naməlum ünvana aparıb və orada zorlayıblar.

Fakt üzrə araşdırma aparılır. Hələ heç kim həbs edilməyib.
 
BAKU.WS