Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb - YENİLƏNİB

Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb - YENİLƏNİB
Hadisə 315

Cəlilabadın Kövüzbulaq kəndində əqrəbin sancdığı 90 yaşlı kişi xəstəxanadan evə buraxılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bu gün saat 12:30 radələrində 1934-cü il təvəllüdlü şəxs (kişi cinsli) əqrəb sancması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Ona zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

*** 18:24

Cəlilabad sakinini əqrəb sancıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Kövüzbulaq kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1934-cü il təvəllüdlü Camalxan Mahmudov əqrəb sancması ilə əlaqədar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.

Xəstənin dediyinə görə, onu əqrəb sancıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər