SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 87 dəfə pozub.
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar, Yusifcanlı, Mərzili, Qiyaməddinli, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Alxanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 109 dəfə atəş zərbəsi endirib.