Bakıda ağır qəza: Yük maşını ilə minik avtobili toqquşdu - VİDEO
31
iyl
2024
19:27
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntü sosial şəbəkədə yayılıb.
Hadisə səhər saatlarında qeydə alınıb.
Məlumata görə, ağır tonnajlı yük avtomobili ilə “AzSamand” markalı minik avtomobili toqquşub.
Şahidlərin məlumatına əsasən, nəticədə yük avtomobili aşıb və onu başqa texnikaların köməkliyi ilə ərazidən aparmaq mümkün olub. Minik avtomobilinə də ciddi ziyan dəyib və xeyli əzilib.
Ölən və yaralananlar barədə məlumat verilməyib.
Oxşar xəbərlər
Saray-Novxanı yolunda ağır qəza: Minik və yük avtomobilləri toqquşdular - YENİLƏNİB
Saray qəsəbəsində minik və yük avtomobilləri toqquşub, ölən var. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, “112” qaynar telefon xəttinə...