Qusarda üç gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
26
iyl
2024
13:45
Qusarda üç gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 23 iyul 2024-cü il tarixində Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Nizami Rəhimxan oğlu Rəhimxanovun meyiti batdığı yerdən 70 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Bakıda dənizdə batan hər 3 yeniyetmənin meyiti TAPILDI - YENİLƏNİB - FOTO/VİDEO
İyulun 11-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun cəsədi...