Bakıda dəhşətli intihar: Ərinin ona rəfiqəsi ilə xəyanət etdiyini bilən qadın özünü binadan atdı

Bakıda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə xəyanətə görə baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Vüsalə Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Hətta həmin xanımla Vüsalə Dadaşova o qədər yaxın olublar ki, bir-birlərinə "bacı" deyə müraciət ediblər.
Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu intiharda görüb. O, özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.
Qeyd edək ki, V.Dadaşovanın bu evlilikdən iki övladı var.

13:00
Bakıda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə az əvvəl paytaxtın Xətai rayonu, Gəncə prospekti 35 ünvanında qeydə alınıb.
Gənc qız orada yerləşən yaşayış binasının 7-ci mərtəbəsindən özünü atıb.
Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli cinayət: Ata qızına əxlaqsızlıq etdi, oğlu isə... - ŞOK təfərrüat
Abşeron rayonunda 1964-cü il təvəllüdlü Muxtar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qızı Vüsaləni (adlar şərti verilib - red.) öldürüb. BAKU.WS...