Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov dəfn edilib - FOTO - YENİLƏNİB

Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov dəfn edilib -  FOTO - YENİLƏNİB
Foto
Hadisə 42

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Akif İlyas oğlu Abbasovla Daşkəsən rayonunun Əhmədli kəndində keçirilən vida mərasimi başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Gəncə şəhər və Daşkəsən rayon icra hakimiyyətlərinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

*** 11:41

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Akif İlyas oğlu Abbasovun nəşi Daşkəsən rayonuna gətirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Daşkəsən rayonunun Əhmədli kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Akif İlyas oğlu Abbasov 1970-ci il iyulun 1-də anadan olub. O, 1993-cü il dekabrın 28-də Ağdam rayonunun Salahlı kəndində itkin düşüb.

A.Abbasov Gəncə Şəhidlər xiyabanında dəfn olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər