Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov dəfn edilib - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Akif İlyas oğlu Abbasovla Daşkəsən rayonunun Əhmədli kəndində keçirilən vida mərasimi başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Gəncə şəhər və Daşkəsən rayon icra hakimiyyətlərinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
*** 11:41
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Akif İlyas oğlu Abbasovun nəşi Daşkəsən rayonuna gətirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Daşkəsən rayonunun Əhmədli kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Akif İlyas oğlu Abbasov 1970-ci il iyulun 1-də anadan olub. O, 1993-cü il dekabrın 28-də Ağdam rayonunun Salahlı kəndində itkin düşüb.
A.Abbasov Gəncə Şəhidlər xiyabanında dəfn olunacaq.
Qalereya
Oxşar xəbərlər
Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - FOTO - YENİLƏNİB
Sabunçu rayonunun Maştağa qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Qurbanov Aydın Əsədulla oğlu dəfn...