Nişanlısına görə özünü asdı
17
iyl
2024
23:57
Quba rayonunda intihar hadisəsi baş verib.
BAKU.WS "lent.az"-a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.
Kənd sakini Əli Şükürov atasının evində özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.
İlkin məlumata görə, Əli Şükürov nişanlısı ilə dalaşıb. O, nişanlısı ilə aralarında baş vermiş olaydan sarsıntı keçirərək canına qəsd edib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...