Bakıda qrilin içindən qurd çıxdı - YENİLƏNİB/VİDEO
"Bakıda 8 Noyabr prospektində yerləşən təndirxanalardan birindən alınan qrildən qurd çıxması ilə bağlı məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.
"Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
*** 11:20
Bakıda qrilin içindən qurd çıxıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, qril 8 Noyabr prospektində yerləşən təndirxanalardan birindən alınıb.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...