Çimərlikdə qadınların əşyasını oğurlamaqda şübhəli bilinən 66 yaşlı şəxs saxlanılıb

16
iyl
2024
10:34
İyulun 12-də Sumqayıt şəhəri ərazisində yerləşən çimərlikdə 2 qadının içərisində mobil telefonu, geyim əşyaları, avtomobil və ev açarları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 66 yaşlı Y.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda evlərdən 2 milyon manata yaxın oğurluq edildi - FOTO
Paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (D...