Nabrandakı istirahət mərkəzindəki bədbəxt hadisənin TƏFƏRRÜATI - VİDEO

Nabrandakı istirahət mərkəzlərindən birində baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub.
Belə ki, 12 yaşlı Böyükağa Həsənli Nabrandakı istirahət mərkəzlərindən birində hovuzda çimərkən boğularaq ölüb.
İstirahət mərkəzinin direktoru bildirib ki, yeniyetmə valideynləri ilə birgə olub:
"Əgər uşaq gəlirsə, biz valideynlərinin öhdəlikləri barədə məlumat veririk. Onları xəbərdar edirik ki, hər hansı nəzarətdənkənar bir iş olarsa, valideyn məsuliyyət daşıyır. Bu barədə hazırda müvafiq orqanlar tərəfindən xüsusi araşdırmalar aparılır".
Qeyd edək ki, yeniyetmənin meyiti aidiyyəti üzrə təhvil verilib və Quba şəhərindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Həyatını kitaba çevirən şəhid
İyirmi illik ömrə sığdırdığı qəhrəmanlıq və igidliyi ilə yaddaşlara həkk olan şəhid Böyükağa Yusifli Vətənə bəslədiyi sevgini hətta xatirə dəftərinə də qeyd etm...
