Azərbaycanda atasını bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Azərbaycanda atasını bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
Hadisə 122

Ağdaşda atasını bıçaqlayan şəxs saxlanılıb.

BAKU.WS Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

***09.04

Ağdaşda oğul atasını bıçaqlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü Kənan Zülfüqarov münaqişə zəminində atası 1976-cı il təvəllüdlü Aqil Zülfüqarovu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər