Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib
Bakıda yaşayış binasında yanğın olub.
BAKU.WS bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 84 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan mənzilin dəhlizi 8 m² sahədə qarsalanıb və 3-cü mərtəbədə yerləşən mənzilin 1 ədəd plastikdən ibarət pəncərəsi əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda restoran, kafe və mebel sexində yanğın olub
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) taxtadan ibarət zalının yanar konstruksiyaları...