Bakıda toyda başlayan dava qanla bitdi - YENİLƏNİB - VİDEO
İyulun 3-də paytaxtın Xəzər rayonunda qonşular arasında baş verən insidentlə bağlı araşdırmalar davam etdirilir.
Bu barədə BAKU.WS-ə DİN Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən A.Cahangirova və onun atası H.Cahangirova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Bayramov Aqil Qabil oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı aidiyyəti üzrə Cinayət Məcəlləsinin adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
***
Paytaxtda baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.
Belə ki, Xəzər rayonunun Binə qəsəbəsində, "Atçılıq" yaşayış massivində qonşular arasında düşən mübahisə zamanı 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və onun atası, 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov bıçaq xəsarətləri alıblar.
Hər iki yaralı ağır vəziyyətdə Sabunçu Rayon Xəstəxanasına çatdırılıblar.
Xəsarət alanların qohumu Zaur Kərimovun sözlərinə görə, qonşular arasında mübahisə toyda olub:
"Toydan sonra Amil və atası evlərinə gediblər. Onlarla dava edən şəxslər bunlara zəng edib, "söhbət"ə çağırıblar, özləri ilə də bıçaq gətiriblər. Atasına üç, Amilə isə altı bıçaq xəsarəti yetiriblər".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...